Dubayda yerləşən və qısa müddətli daşınmaz əmlak icarəsi xidmətləri göstərən "Silkhaus", 7,75 milyon dollar investisiya alıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Silkhaus", "Nuwa Capital", "Nordstar", "Global Founders Capital", "Yuj Ventures", "Whiteboard Capital və "VentureSouq"un daxil olduğu investisiya turunda 7,75 milyon dollar investisiya alıb. İnvestisiya turunda bir sıra beynəlxalq ailə ofisləri və proptech təsisçilərinin də iştirak etdiyi paylaşılan məlumatlar arasındadır. "Silkhaus", bu sərmayədən sonra Yaxın Şərq və Şimali Afrika regionu ilə Cənubi Asiya və Cənub-Şərqi Asiyada genişlənməsini sürətləndirəcəyini bildirib.