“Saudi Aramco” Cənubi Koreyada 7 milyard dollarlıq sərmayə ilə neft-kimya ayırma zavodu qurmağı planlaşdırır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Aramco"nun "S-OIL" törəmə şirkəti vasitəsilə edəcəyi investisiya ilə dünyanın ən böyük neft-kimya ayırma zavodu qurulacaq. 2026-cı ildə başa çatdırılması gözlənilən obyektdə xam neft ayrılaraq nafta, propilen, butadien və digər əsas kimyəvi maddələr istehsal olunacaq.
Sözügedən layihə həm də "Aramco"nun Cənubi Koreyaya ən böyük investisiyası olacaq.