Avstriyada hökumət enerji şirkətlərindən “artıq gəlir vergisi” adı altında təxminən 40 faiz vergi alacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Baş nazirin müavini Verner Koqler və maliyyə naziri Maqnus Brunner enerji şirkətləri üçün yeni vergi tənzimləmələrini nəzərdə tutan “Enerji böhranına töhfə” qanun layihəsini mətbuat konfransında ictimaiyyətlə bölüşüblər. Buna əsasən, neft və təbii qaz şirkətlərinin 2018-2021-ci illər arasında orta illik mənfəəti nəzərə alınmaqla, enerji şirkətlərinin müəyyən edilmiş dövr ərzində illik orta gəlirlərinin 20 faizindən yuxarı qazancları vergiyə cəlb olunacaq.


Parlamentdə müzakirə edildikdən sonra qüvvəyə minməsi gözlənilən tənzimləməyə görə, enerji şirkətlərinin artıq gəlirlərinə təxminən yüzdə 40 vergi tətbiq olunacaq.