"Wall Street"in ən böyük bankları "FED"in gələn il də faiz artırmağa davam edəcəyi ilə razılaşırlar.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, faiz dərəcəsinin pik nöqtəsinin harada olacağı və faizləri nə vaxt azaltmağa başlayacağı ilə bağlı fikir ayrılıqları var. "FED"in dekabrda faiz dərəcələrini 50 baza bəndi artıraraq 4,25-4,50 faiz aralığına qaldıracağına dair konsensus olsa da, iqtisadçılar bankın yüksək inflyasiya ilə mübarizə aparacağı, yoxsa tənəzzül riskini nəzərə alaraq hərəkətə keçəcəyi ilə bağlı fikir ayrılığına düşüblər.