Çinin kredit faizlərini sabit saxlamasından sonra Asiya səhmləri ucuzlaşıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Asiya-Sakit Okean" regionunda səhmlər bazar ertəsi "Çin Xalq Bankı"nın kredit faizlərini gözləntilərə uyğun olaraq sabit saxlaması səbəbindən ucuzlaşıb. "Hang Seng" indeksi Honq-Konqda 2,62 faiz azalaraq itkilərə səbəb olub. Çinin materik hissəsində "Şanxay Komponenti" 1,03%, "Shenzhen Komponenti" isə 0,94% ucuzlaşıb. "Nikkei 225m" Yaponiyada 0,1 faiz ucuzlaşıb. Avstraliyada "S&P/ASX 200" 0,2 faiz aşağı olub.


"MSCI"nin Yaponiyadan kənarda "Asiya-Sakit" okean səhmlərinin ən böyük indeksi 1,4 faiz azalıb.