İnvestorlar riskləri ölçdükləri üçün "Asiya-Sakit" okean səhmləri qarışıq idi.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Yaponiyanın "Nikkei 225" indeksi 0,75 faiz, "Topix" isə 1,1 faiz bahalaşıb. Avstraliyanın "S&P/ASX 200" indeksi "Mərkəzi Bank"ın sədri Filip Lounun, "Avstraliya İqtisadi İnkişaf" komitəsində çıxışı ərəfəsində 0,51 faiz bahalaşıb. Honq-Konqun "Hang Seng" indeksi erkən ticarətdə yüzdə 0,45 artıb. Materik Çində "Şanxay" kompozit və "Shenzhen" komponenti azalıb. Cənubi Koreyada "Kospi" 0,22 faiz, "Kosdaq" isə 0,29 faiz ucuzlaşıb.
"MSCI"nin Yaponiyadan kənarda "Asiya-Sakit" okean səhmlərinin ən böyük indeksi 0,3 faiz artıb.