"Çin Xalq Bankı" Jack Ma'ya məxsus "Ant Group"u bir milyard dollardan çox cərimələməyi planlaşdırır,


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "PBOC" cəzanı 2023-cü ilin ikinci rübündə tətbiq edəcək. Çinli səlahiyyətlilər, Jack Ma'nın sahibi olduğu "Ant Group" şirkətini 1 milyard dollardan çox cərimələməyi planlaşdırır. "Çin Xalq Bankı" gələn ilin ikinci rübündə açıqlanması mümkün olan cəzaya hazırlaşır. Xəbərdə bankın cərimə planı ilə bağlı "Ant Group" ilə əlaqə saxlaması ilə bağlı məlumatlar da yer alıb. "Reuters" mərkəzi bankın gələn ilin ikinci rübündə cəza tətbiq etməyə hazırlaşdığını qeyd edərək, tənzimləyicinin planlarla bağlı "Ant" ilə əlaqə saxladığını əlavə edib.


Əgər belə olarsa, "Ant Group"un cəzası Çin internet şirkətinə qarşı tətbiq edilən ən böyük qanuni cərimə olacaq.