"Avropa Mərkəzi Bankı"nın idarə heyətinin üzvü Gediminas Simkus bildirib ki, inflyasiya ilə mübarizə aparmaq üçün dekabrda onu 50 və ya 75 baza bəndi artırmaq lazımdır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Simkus “Ən azı 50 baza bəndi artımı zəruri görünür, çünki inflyasiya təzyiqləri hələ də çox güclüdür və biz bunu tez bir zamanda azaltmalıyıq. Ona görə də 75 baza bəndi artım mümkündür”, deyə o bildirib. Simkus zərurət yaranarsa, faiz artımının martdan sonra da davam edə biləcəyi barədə fikirlərini bildirib. "ECB"nin monetar sərtləşdirməsinə baxmayaraq, Avro Bölgəsində inflyasiya oktyabrda 10,6 faizlə rekord həddə çatmışdı. "ECB" tarixinin ən aqressiv monetar sərtləşdirmə siyasətini həyata keçirərək iyul ayından etibarən faiz dərəcələrini 200 baza bəndi artırıb.


"Portuqaliya Mərkəzi Bankı"nın rəhbəri Mario Centeno, dünən faiz artım tempini yavaşlatmaq üçün lazımi şəraitin yaradıldığını bildirib.