"Equinor" və tərəfdaşları təxminən 20 milyard kubmetr təbii qazın Avropaya ixracı üçün İrpa bölgəsinə 1,44 milyard dollar sərmayə qoyacaqlarını açıqlaıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, layihə Avropaya 20 milyard kubmetr təbii qaz ixrac etməyi hədəfləyir. Əvvəllər "Asteriks" kimi tanınan "İrpa", 1300 metr dərinliyi ilə Norveç dənizinin ən dərin təbii qaz yataqlarından biridir. Norveçin energetika naziri bəyan edib ki, gələcəkdə "İrpa" bölgəsindən təxminən 80 kilometr şərqdə yerləşən "Aasta Hansteen" platforması mövcud istehsal gücündən istifadə edəcək, eyni zamanda "Hansteen" bölgəsinin ömrünün uzadılmasına töhfə verəcək. İstehsalın 2026-cı ilin son rübündə başlaması və 2039-cu ilə qədər davam etməsi gözlənilir.


"Equinor", "Irpa" bölgəsinin lisenziyasının 51 faizi, "Petoro" 20 faizi, "Wintershall" 19 faizi və "Shell" 10 faizidir.