"Yaponiya Bankı" üç böyük bank və yerli banklarla əməkdaşlıq edərək rəqəmsal yen sınaqlarını planlaşdırır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2023-cü ilin yazından başlayaraq "Yaponiya Bankı" vəsaitlərin depozitə qoyulması və çıxarılmasında problemləri müəyyən etmək üçün özəl banklar və digər təşkilatlarla işləyəcək. O, həmçinin təbii fəlakətlər zamanı və internet bağlantısı olmayan ərazilərdə mərkəzi bank valyutasının işlək olub-olmamasına baxacaq. Xəbərdə üç böyük bankdan hansının olduğu göstərilmir. Yaponiya keçən il rəqəmsal yen üçün yaratdığı sınaq mühiti ilə "CBDC" üzərində işləyən ölkələr siyahısına qoşulub.
Yaponiya Bankının rəsmisi keçən il verdiyi açıqlamada "CBDC-nin özəl ödəniş şirkətləri arasında rəqabət yaratması və ictimaiyyət üçün əlçatan olması bizim prioritetimizdir" deyib.