"Asiya-Sakit" okean bazarları "Fed"in daha kiçik faiz artımlarına keçəcəyini söyləməsindən sonra yüksəlib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Koreya Mərkəzi Bankı", əsasən gözləntilərə uyğun olaraq, 25 əsas bəndlik daha kiçik faiz artımını seçib. Qərarın elan edildiyi vaxt "Kospi" 0,54 faiz bahalaşıb və Koreya vonunun məzənnəsi bir qədər möhkəmlənərək ABŞ dolları qarşısında 1,337,9-a yüksəlib. Avstraliyada "S&P/ASX 200" 0,34% bahalaşıb, çünki "Fed" protokollarının buraxılmasından sonra "Wall Street" səhmləri bir qədər yüksəlib. "Nikkei 225" 1,31 faiz, "Topix" isə 1,3 faiz bahalaşıb.
Honq Konqun, "Hang Seng" indeksi 0,45 faiz artıb.