İsveçrənin qida nəhəngi "Nestle", yaxın 10 il ərzində Səudiyyə Ərəbistana 1,86 milyard dollar sərmayə qoymağı planlaşdırır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Nestle" neftdən asılı iqtisadiyyatını şaxələndirmək üçün xarici investorları cəlb etmək səylərini sürətləndirən Səudiyyə Ərəbistana qəhvə və uşaq məhsullarından başlayaraq, qarşıdakı 10 il ərzində ümumilikdə 1,86 milyard dollar sərmayə qoymağı planlaşdırır. "Nestle" tərəfindən edilən açıqlamada fabrikin 2025-ci ildə qurulacağı, 10 il ərzində sərmayələrlə birbaşa və dolayısı ilə 3500 adamın işlə təmin olunacağı bildirilib.


Ölkəyə gələn xarici investisiyaların böyük hissəsi neft sektorunda cəmləşib.