Bu yaxınlarda "Twitter"də dayandırılmış hesablar üçün sorğu yaradan Elon Musk, bu hesabların platformaya qayıda biləcəyini söyləyib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Musk sosial media platformasında bu yaxınlarda bir anket paylaşıb və dayandırılmış hesabların qaytarılıb-qaytarılmaması ilə bağlı sual verib. Sorğunun nəticələrinə görə, yüzdə 72-si bu hesabların əfv edilməsi lazım olduğunu düşündüyünü bildirib. Bütün bunlardan sonra Elon Musk, "Xalq danışdı. Əfv gələn həftə başlayacaq. Vox Populi, Vox Dei" twit yazıb.


Latınca "Vox Populi, Vox Dei" ifadəsi "Xalqın səsi Allahın səsidir" deməkdir.