Göndərmə planlaşdırma xüsusiyyətinə "Android" və "Web" versiyası vasitəsilə daxil olmaq olar.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Instagram"dan sonra o, "LinkedIn"də yazıların planlaşdırılması üzərində işləməyə başlayıb. Tətbiqlərdə test versiyasındakı xüsusiyyətləri kəşf etməsi ilə tanınan Nima Owji, keçən ay "LinkedIn" post planlama xüsusiyyətini sınaqdan keçirdiyini açıqlayıb. Planlaşdırma xüsusiyyəti postun yaradılması ekranının aşağı sağ küncündə saat işarəsi ilə göstərilir. Saat işarəsinə toxunduqda siz tarix və vaxtı seçə bilərsiniz.


İstifadəçi təcrübəsi baxımından "Facebook" yazı planlaşdırmasına bənzəyir.