Yəmən hökuməti ölkədə iqtisadi, fiskal və pul islahatları proqramlarını dəstəkləmək üçün "Ərəb Valyuta Fondu" ilə müqavilə imzalayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, sözügedən islahat proqramı 2022-2025-ci illəri əhatə edir və məqsədi Yəməndə iqtisadi, maliyyə və pul sabitliyini dəstəkləmək, dövlət maliyyəsini gücləndirmək, yeni iş imkanları yaratmaq, hərtərəfli və davamlı inkişafı təşviq etmək və maliyyə qurumlarını yenidən qurmaqdır. Yəmənin maliyyə naziri Bin Berik, açıqlamasında qeyd olunan proqramın iqtisadi islahatların həyata keçirilməsi, resursların toplanması, "Maliyyə Nazirliyi" və "Mərkəzi Bank"ın imkanlarının artırılması və qeyri-neft gəlirlərinin artırılması baxımından əhəmiyyətli olduğuna diqqət çəkib.


"Yəmən Mərkəzi Bankı"nın sədri Mabeki, proqramın Səudiyyə Ərəbistanı və BƏƏ tərəfindən dəstəkləndiyi barədə məlumat paylaşıb.