"JPMorgan" analitiklərinin fikrincə, mərkəzləşdirilməmiş platformalardakı xüsusiyyətlər kütlə tərəfindən istifadə üçün uyğun deyil və institusional iştirak məhdud olacaq.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, kriptovalyuta mütəxəssisləri "FTX"nin dağılması ilə kriptovalyuta ticarətində qeyri-mərkəzləşdirilmiş platformalara doğru struktur dəyişikliyi gözləsələr də, "JPMorgan" analitikləri rəqəmsal aktivlərin ticarət həcminin əksəriyyətinin mərkəzləşdirilməmiş platformalarda baş verəcəyini proqnozlaşdırırlar.
"JPMorgan" analitiki Nikolaos Panigirtzoglou hesab edir ki, qeyri-mərkəzləşdirilmiş kriptovalyuta ticarət platformalarında institusional iştirak yavaş əməliyyatlar və sifarişlərin izlənilməsi səbəbindən məhdudlaşacaq.