Mərkəzi bankların həyata keçirdiyi sərt pul siyasəti və tənəzzül gözləntiləri birjalarda kəskin enişə səbəb ola bilər.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Deutsche Bank" tədqiqatçılarının fikrincə, "ABŞ Federal Ehtiyat Sistemi"nin inflyasiyanın qarşısını almaq səyləri 2023-cü ilin ortalarına qədər ABŞ iqtisadiyyatını tənəzzülə sürükləyəcək. Tədqiqatçıların fikrincə, bu tənəzzülün ABŞ fond bazarlarında kəskin və “ağrılı” ucuzlaşmaya səbəb olacağı ehtimal edilir. "Deutsche Bank" baş iqtisadçısı və qlobal araşdırmalar rəhbəri David Folkerts və qlobal iqtisadi araşdırmalar rəhbəri Peter Huper, ABŞ fond bazarları ilə bağlı qeydlərini paylaşıblar: “Əsas fond bazarlarının 25 faiz ucuzlaşacağını proqnozlaşdırırıq. Lakin sonra, tənəzzülün cəmi bir neçə rüb davam edəcəyini fərz etsək, 2023-cü ilin sonuna qədər tam sağalacağıq”.


Bazar ertəsi yayımlanan qeyddə tədqiqatçılar ABŞ və Avropada davamlı yüksək əmək haqqı və qiymət inflyasiyasını qeyd ediblər.