"Avrozonada İstehlak Qiymətləri" indeksi noyabrda aylıq 0,1% azalaraq illik bazda 10% artıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Avropa Statistika İdarəsi" noyabr ayı üzrə Avrozona üzrə aparıcı inflyasiya məlumatlarını açıqlayıb. Buna görə, Avrozonada oktyabr ayında yüzdə 10,6 olan illik inflyasiya noyabrda yüzdə 10 olaraq təyin olunub. Avro bölgəsində "TÜFE" noyabr ayında bir əvvəlki aya görə yüzdə 0,1 azalıb. Noyabr ayında Avro bölgəsində inflyasiyanın əsas komponentlərinə baxıldığında, ən yüksək illik inflyasiya yüzdə 34,9 ilə enerji olub. Enerjini 13,6 faizlə qida, spirt və tütün məmulatları, 6,1 faizlə qeyri-enerji sənaye məhsulları, 4,2 faizlə xidmətlər izləyib.
"Aİ"yə uyğun məlumatlara görə, noyabrda inflyasiya Latviyada 21,7 faiz, Estoniya və Litvada 21,4 faiz, Slovakiyada 15,1 faiz, İtaliyada 12,5 faiz, Almaniyada 11,3 faiz, Hollandiyada 11,2 faiz, Avstriyada 11,1 faiz olub.