ABŞ dolları qlobal bazarlarda rəqib valyutalar qarşısında ucuzlaşıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, dolların ucuzlaşmasının əsas səbəbi "FED"in artım tempini aşağı salacağına dair işarələrin artması olub. "FED" sədri Cerom Pauellin faiz artım tempini aşağı salacağı ilə bağlı açıqlamalarından sonra dolların dəyəri qlobal bazarlarda kəskin şəkildə aşağı düşüb. Dollar rəqib altı valyutaya qarşı 1,2% ucuzlaşıb. Britaniya funtu 1,5% artaraq 1224 dollara, avro isə 1,1% bahalaşıb.


Dolların bu enişi "FED"in faiz siyasəti ilə bağlı bazar gözləntilərinin dəyişməsinə işarə edib.