"ECB"nin məzənnə hədəfi olmadığını vurğulayan Lagarde, "Aydındır ki, biz valyuta məzənnələrindəki dəyişiklikləri izləyirik və bunlara qarşı çox diqqətliyik və xüsusilə də dolların bahalaşmasını izləyirik" deyib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Avropa Mərkəzi Bankı"nın prezidenti Kristin Lagarde inflyasiya gözləntilərinin sabit qalmalı və inflyasiyanı hədəfə qaytarmalı olduqlarını bildirib. Görünüşün bir müddət qeyri-müəyyən qalacağı ilə bağlı xəbərdarlıq edən Lagarde, dolların güclənməsinin inkişaf etməkdə olan iqtisadiyyatlarla müqayisədə Avro bölgəsinə daha az təsir etdiyini ifadə edib.