"FED İdarə Heyəti"nin üzvü Lisa Cook, "FED"in yüksək inflyasiyanı cilovlamaq səylərində qazı dayandırmasının tezliklə vaxtının gələ biləcəyini söyləyib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Kuk, "İnflyasiya çox yüksək olaraq qalır və nəticədə Fed onu 2 faizlik hədəfə çatdırmağa diqqətini davam etdirməlidir" deyib. Pul siyasətinin təsirlərinin müəyyən gecikmələrlə göründüyünün fərqində olduğunu dilə gətirən Kuk, "FED"in faiz artımlarında dayanması lazım olan nöqtənin “qeyri-müəyyən” olduğunu, lakin faiz artırmağın ehtiyatlı olacağını vurğulayıb.