Fed prezidenti Ceyms Bullard, siyasətçilərin faiz dərəcələrini daha da artırmalı və inflyasiyanın azaldılması üçün dərəcələrin "kifayət qədər məhdudlaşdırıcı" səviyyələrə yüksəlməsi lazım olduğunu bildirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bir tədbirdə danışan Bullard, məhdudlaşdırıcı səviyyəyə çatmaq üçün daha çox faiz artımına ehtiyac olduğunu müdafiə edib. Bullard "Siyasət dərəcəsi hələ kifayət qədər məhdudlaşdırıcı deyil" deyib. Bullard tədbirdə məhdudlaşdırıcı səviyyələrin 5-7 faiz aralığında ola biləcəyi ilə bağlı bəzi qrafikləri paylaşıb, lakin o, çıxışında konkret faiz qeyd etməyib.