"Avropa Mərkəzi Bankı" xəbərdarlıq edib ki, banklardan hökumətlərə və ev təsərrüfatlarına qədər regionun geniş spektri üçün sabitlik riskləri artmaqdadır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "ECB", yaşayış dəyərinin yüksək olmasının insanların borclarını ödəməsini çətinləşdirdiyini və Avropanın böyümə proqnozunun pisləşməsi səbəbindən korporativ gəlirliliyin azalması riskinin olduğunu bildirib. "ECB" həmçinin vurğulayıb ki, hökumətlər dövlət maliyyəsi üçün risklər gətirən enerji böhranının təsirlərini yumşaltmaq üçün borc alırlar.