"İrlandiya Mərkəzi Bankı"nın rəhbəri Qabriel Makhlouf bildirib ki, yüksək inflyasiya səbəbindən bank bu ay ən azı 50 baza bəndi artımla davam etməlidir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Dublində danışan Makhlouf, "İnflyasiyanın hədəfimiz olan 2 faizə endirilməsi üçün dekabr iclasında ən azı 50 baza bəndi artımın olması lazım olduğunu düşünürəm. Bir müddət üçün faiz dərəcələrində məhdudlaşdırıcı sahəyə doğru hərəkət etməliyik" deyib. Son 2 iclasda faiz dərəcələrini 75 baza bəndi artıran bankın, ilin son iclasında daha kiçik artım etməsi gözlənilir.