Həftənin ilk ticarət günündə Asiya fond bazarları qarışıq seyir izləyib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Çində "Şanxay" kompozit indeksi 1,8 faiz artaraq 3212 bənd, Cənubi Koreyada Kospi indeksi isə 0,6 faiz azalaraq 2419 bənd olub. Yaponiyada "Nikkei 225" indeksi 0,2 faiz artaraq 27 820 bənd olub. Honq-Konqda "Hang Seng" indeksi 4,6 faiz mükafatla 19,525 punktda, Hindistanda "Sensex" indeksi isə 0,3 faiz azalma ilə 62,701 bənddə hərəkət edirdi.