"Apple" bir müddətdir qarışıq reallıq eynəkləri üzərində çalışsa da, son məlumatlar bu məhsulda bəzi problemlərin olduğunu göstərir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Apple" uzun müddətdir ki, bu iki texnologiyanı birləşdirən cihaz üzərində işləyir və onu qarışıq reallıq texnologiyası adlandırır. Bununla belə, sözügedən cihazı heç kim görməyib. Məçhur analitik Kuo, ətraflı məlumat vermədən, "Apple Reality Pro"da bəzi proqram problemləri olduğunu və bunların cihazın buraxılış tarixi olaraq göstərilən 2023-cü ilin ilk yarısında həll edilə bilməyəcəyini ifadə edib.