"Avropa Mərkəzi Bankı"nın araşdırmasına görə, Avrozonada istehlakçılar daha yüksək inflyasiya və daha güclü iqtisadi daralma gözləyirlər.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Avrozonada istehlakçıların 12 aylıq ortalama inflyasiya gözləməsi yüzdə 5,1-dən yüzdə 5,4-ə yüksəlib. İstehlakçıların növbəti 3 il üçün inflyasiya gözləntiləri dəyişməyərək 3 faiz səviyyəsində qalıb. Bölgədəki istehlakçıların iqtisadi artım gözləntilərinin əvvəlki ayla müqayisədə daha bədbin olması diqqət çəkir, sentyabr ayında mənfi 2,4 olan istehlakçıların gələcək 12 ay üçün iqtisadi artım gözləntiləri isə mənfi 2,6 faizə yüksəlib.