Aylıq 5 milyon istifadəçisi olan "Ubie" həm xəstələr, həm də səhiyyə müəssisələri ilə birbaşa əlaqə saxlayır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Sogo Medical", "AAIC Investment", "Japan Impact Investment II Limited Partnership", "Rakuten Capital", "Shoko Chukin Bank", "Japan Finance Corporation" və "Mizuho Bank" 19 milyon dollarlıq investisiya raundunda iştirak edib. Şirkətin indiyə qədər aldığı sərmayənin məbləği təxminən 80 milyon dollara çatıb. Yaponiyada yerləşən şirkət yeni investisiyadan ABŞ bazarına genişlənmək üçün istifadə edəcək.


Şirkətdə 50-dən çox həkim tərəfindən hazırlanmış 50.000 tibbi məqalədən ibarət məlumat bazası var.