“Business Management School”, “Facemark” və “HR Option”un təşkilatçılığı ilə keçirilən Azərbaycanın ilk və yeganə onlayn forumu "HR Agenda"nın ilk günü uğurla başa çatıb.

“Endless Fairs” rəqəmsal platformasında onlayn formatda baş tutan forumun ilk günü 12 spiker və 4 moderator iştirakı ilə keçirilib.


İlk hissə Elmi Qurbanlının moderatorluğu ilə "Performans və Motivasiya Menecmentində Yeni Yanaşmalar" paneli spikerlər Mine Yücesoy, Belgin Ertam, Elşən Bədirxanov və Mehman Heydərovun moderatorluğu ilə "Strateji HR və Şirkət Strategiyası paneli" spikerlər Rəşad Məhərrəmov, Ebru Pilav və Mahmut Temizin çıxışları ilə yekunlaşıb.


Forumun ikinci hissəsi isə "İstedadların İdarə Edilməsində Fərqli Təcrübələr" paneli ilə davam edib. Panel moderator Ləman Bəkirli və spikerlər Cəfər Yusifov, Tural Q. Məmmədov və Osman Ünalın çıxışları ilə yadda qalıb.


Mübariz Şahbazlının moderatorluğu ilə keçirilən "Rəqəmsallaşan dünyada HR" paneli spikerlər Fəxri Qurbanov, Cengiz Çatalkaya və Muhammed Kadanın çıxışları ilə baş tutub.


İkinci gün üçün biletləri əldə edib peşəkar spikerləri dinləməyə tələsin.
https://www.hragenda.az/


Forumun ilk günündən görüntüləri təqdim edirik: