“Business Management School”, “Facemark” və “HR Option”un təşkilatçılığı ilə keçirilən Azərbaycanın ilk və yeganə onlayn forumu "HR Agenda" uğurla başa çatıb.

“Endless Fairs” rəqəmsal platformasında onlayn formatda baş tutan forum 9 ölkədən 24 spiker və 8 moderator iştirakı ilə keçirilib.


İkinci gün ilk hissə Aytən Şıxəliyevanın moderatorluğu ilə "İşçi Təcrübələrinin (Employee Experience) İdarə Edilməsi" paneli spikerlər Arzu Cəmilova, Seda Kayrak Kızıltan, Vahidə Orucova və Dilbər Xəlilova moderatorluğu ilə "Dinamik Dəyişikliklərin Gətirdiyi Yeni HR Trendləri" paneli spikerlər Sara Əfəndi, Ece Süeren OK və Dilek Yücedağ çıxışları ilə yekunlaşıb.


Forumun ikinci hissəsi isə "Biznes İdarəçiliyində Qadın Liderliyi" paneli ilə davam edib. Panel moderator Yeganə Nəsibova və spikerlər Leyla Novruzova, Nigar Rüstəmli və Ekin Tükek çıxışları ilə yadda qalıb.


Abid Səmədovun moderatorluğu ilə keçirilən "CEO və HR" paneli spikerlər Ülviyyə Cabbarova, Akan Abdulla və Ahmet Hançer çıxışları ilə baş tutub.


Forumun ikinci günündən görüntüləri təqdim edirik: