Polşa İnkişaf və Texnologiya Nazirliyi Mercedes-Benz-in Polşada elektrik mikroavtobuslarının istehsalı üçün 1,3 milyard avro sərmayə ilə zavod quracağını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Polşanın İnkişaf və Texnologiya Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, sözügedən investisiya ilə 2500-dən çox adam işlə təmin olunacaq. Açıqlamada şirkətin Polşada elektriklə işləyən mikroavtobusların istehsalı üçün 1,3 milyard avro sərmayə ilə fabrik açacağı bildirilib.