"Beynəlxalq Valyuta Fondu" ilə Qana arasında 3 milyard dollarlıq 3 illik kredit paketi haqqında razılığa gəldiyi açıqlanıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, iyul ayında kredit tələb edən Qana hökuməti ilə "BVF" heyətinin iqtisadi siyasətlər və yeni üç illik müddətlə dəstəklənəcək islahatlar mövzusunda razılığa gəldiyi bildirilib. Hökumət dövlət borcunun davamlılığını bərpa etmək məqsədini dəstəkləmək üçün hərtərəfli borc əməliyyatına başlayıb, lakin fond tərəfindən dəstəklənən təklif olunan proqram "BVF"nin "İcraiyyə Şura"sına təsdiq üçün təqdim edilməzdən əvvəl kifayət qədər təminat və irəliləyiş tələb olunacaq.