Çinin "Honq-Konq xüsusi inzibati bölgəsi", ABŞ dollarına bağlı məzənnə rejiminə görə faiz dərəcəsini artırıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, göstərici faiz dərəcəsinin 50 bənd artırılaraq yüzdə 4,75-ə yüksəldiyi bildirilib. "ABŞ Federal Ehtiyat Sistemi" verdiyi qərarla qısamüddətli siyasət faizini 50 bənd artıraraq 4,25-4,50 aralığına qaldırıb.


FED-in bu il yeddinci faiz artımı qərarından sonra faiz dərəcəsi son 15 ilin ən yüksək səviyyəsinə çatıb.