"Avropa Mərkəzi Bankı" bazar gözləntilərinə uyğun olaraq faiz dərəcələrini 50 baza bəndi artırıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Avropa Mərkəzi Bankı" faiz qərarını açıqlayıb. Əsas yenidən maliyyələşdirmə dərəcəsi 2,5 faizə, marjinal kreditləşmə 2,75 faizə, depozit dərəcəsi isə 2 faizə yüksəlib. "Avropa Mərkəzi Bankı" faiz artımlarının davam edəcəyi mesajını verib.