"Meta", "AB" məxfilik qanunlarına əsasən cərimələnib


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Facebook"a 210 milyon avro, "Instagram"a isə 180 milyon avro cərimə kəsilib. "DPC"nin qərarı müqavilə öhdəliyinin davranış reklamları üçün şəxsi məlumatların işlənməsi üçün əsas vermədiyinə dair şikayətlər kontekstində keçən ay "Avropa Məlumatların Mühafizəsi Şurası"nın məcburi qərarını təsdiqləyir.


Bu cəzaya əlavə olaraq, "Meta" 3 ay ərzində məlumat emal proseslərini "GDPR"ə uyğunlaşdırmalıdır.