Yanvar-dekabr aylarında sərnişindaşıma əmsalı 80,6 faiz təşkil edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Türk Hava Yolları ötən il 71,8 milyon sərnişin daşıyıb.


Aviaşirkətin mətbuat xidmətinin açıqlamaya görə, yanvar-dekabr aylarında sərnişin yükləmə əmsalı 80,6% təşkil edib; 80,1%-i beynəlxalq, 85,8%-i isə daxili uçuşlar üzrədir.


Daşıyıcının yük-poçt dövriyyəsi 2022-ci ildə 1,7 milyon ton təşkil edib. Dekabr ayı ilə bağlı donanmasında olan təyyarələrin sayı 394-ə çatıb.


Təkcə dekabr ayında şirkət 81,6% yük əmsalı ilə 5,5 milyon sərnişin daşıyıb.