ABŞ-ın ən böyük banklarının gəlirlərinin dördüncü rübdə azaldığı təxmin edilir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, cümə günü dördüncü rübün maliyyə nəticələrini açıqlayacaq ABŞ-ın dörd ən böyük bankı "JPMorgan", "Bank of America", "Citigroup" və "Wells Fargo"nun mənfəətlərinin azalacağı gözlənilir. "Morgan Stanley" və "Goldman Sachs" daxil olmaqla, ABŞ-ın 6 ən böyük bankının problemli kreditlər üçün ümumi ehtiyatlarının 5,7 milyard dollar olacağı gözlənilir.


4-cü rübdə 6 bankın xalis mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 17 faiz azalması gözlənilir.