Çinə birbaşa xarici investisiyalar ilin 11 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 12,2 artıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyinin verdiyi açıqlamaya görə, ölkəyə birbaşa xarici investisiyalar yanvar-noyabr dövründə illik 12,2 faiz artaraq 178,08 milyard dollara çatıb. Bu dövrdə Cənubi Koreyadan investisiyalar yuan ifadəsində yüzdə 122,1, Almaniyadan yüzdə 52,6, İngiltərədən yüzdə 33,1, Yaponiyadan isə yüzdə 26,6 artıb.
Eyni dövrdə Çinin xaricə birbaşa investisiyaları (ODI) illik 3,6 faiz artaraq 102,66 milyard dollara çatıb.