Robotlar bir çox sektora, xüsusən də istehsala əhəmiyyətli dərəcədə təsir göstərir. Onlar sutkada 24 saat işləyə bilirlər və onlara verilən tapşırıqları tez yerinə yetirə bilirlər. Bu, şirkətlər üçün məhsuldarlığı və səmərəliliyi artırır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Amazon" da logistika və sifariş əməliyyatlarında robotlardan istifadə edir. Bu yaxınlarda "Amazon"un daxili robotları mənimsəməsi ilə bağlı maraqlı bir tvit yayılıb. Sam Korusun “Amazon yaxın bir neçə il ərzində insanlardan daha çox robot ilə işləməsi məni təəccübləndirməz” dediyi tvitdə Amazonun hər ilin əvvəlində robot və insan işçilərinin nisbi sayını göstərən bir qrafik də var.
Qrafikə əsasən, 2013-cü ildən bəri insan işçilərinin sayı 88.000-dən 2022-ci ildə 1.608.000-ə yüksəlib, bu, cəmi 9 il ərzində təxminən 1.727% artım deməkdir. Həmin dövrdə robotların sayı 1000-dən 520.000-ə yüksəlib. Bu, eyni dövrdə 51,900% artım deməkdir.