Son böhranlar səbəbiylə bir çox problem yaşayan rəqəmsal yayım platforması "Netflix" idarəçilikdə dəyişiklik edir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Netflix"in qurucuları arasında olan və eyni zamanda şirkətin baş direktoru olan Reed Hasting şirkətdəki vəzifəsini tərk edir. Qərardan sonra şirkətin baş icraçı direktoru Greg Peters bu vəzifəni davam etdirəcək.
Baş direktor vəzifəsindən ayrılan Hasting "Netflix" ilə əlaqələrini tam kəsməyəcək. Şirkətin təsisçiləri arasında olan Hasting, idarə heyətində icraçı sədr vəzifəsini davam etdirəcək.