11 mart 2023-cü il tarixində ölkəmizdə ilk dəfə fərqli və yeni formatda “Rəqəmlərin Ritmi” konsept mesajı ilə keçiriləcək Vergi və Mühasibatlıq Zirvəsində iştirak üçün biletləri əldə etməyə tələsin!
“Vergi və Mühasibatlıq Zirvəsi”nin keçirilməsində məqsəd mühasib peşəsinin gələcəyinin, mühasibatlığın şirkət strukturunda yerinin, yeni normalın yaratdığı qeyri-müəyyənlik halında bu peşəyə tələbin müzakirə olunduğu platforma rolunu oynamaqdır.
4 paneldən ibarət olacaq tədbir 4 moderator, 16 spiker, 400-dən çox şirkət əməkdaşının, sahə üzrə mütəxəssislərin iştirakı ilə baş tutacaq.
Biletləri www.vmz.az saytna daxil olaraq əldə edə bilərsiniz.