ABŞ-ın özəl kapital və investisiya şirkəti "Thoma Bravo" rəqəmsal məhkəmə ekspertizası firması "Magnet Forensics"i 1,34 milyard dollara alacağını açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Thoma Bravo", satınalma tamamlandıqdan sonra "Grayshift" ilə "Magnet Forensics" şirkətini birləşdirəcək.
"Magnet Forensics" kompüterlərdən, mobil cihazlardan və bulud xidmətlərindən sübut toplayan, təhlil edən rəqəmsal araşdırma proqram təminatı hazırlayır.