Meksikalı səlahiyyətlilər, ekoloji texnologiya startapı Make Sunsets-in "Günəşi qaraltmaq" təcrübələrini qadağan etdiklərini açıqlayıblar.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2022-ci ilin sonunda Meksikanın Aşağı Kaliforniya ştatında kükürd dioksidi ilə doldurulmuş 1,8 metrlik helium balonları səmaya buraxılıb.


Meksikanın Ətraf Mühit və Təbii Sərvətlər Nazirliyi layihə çərçivəsində növbəti təcrübələrin keçirilməsini qadağan edib. Nazirliyin açıqlaması “Make Sunsets”in işini durğunluğa gətirib çıxarıb. Meksika rəsmiləri bu cür təcrübələrin təsirinin milli sərhədləri keçə biləcəyini və beynəlxalq arenada bu cür araşdırmaların əhatə dairəsini müəyyən edən razılaşmanın olmadığını vurğulayıblar.