Məbləğ dəqiqləşdirilməsə də, Microsoft-un OpenAI-a üçüncü sərmayəsinin 10 milyard dollara yaxın olduğu bildirilir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Microsoft, ChatGPT-nin süni intellekt tədqiqat şirkəti OpenAI ilə milyard dollarlıq investisiya razılaşması əldə etdiyini açıqlayıb. Bununla da texnologiya nəhəngi 2019 və 2021-ci illərdən sonra OpenAI-a üçüncü sərmayəsini edib.
Ötən həftə xərcləri azaltmaq üçün 10.000 işçisi ilə yollarını ayıracağını açıqlayan Microsoft, mövzu ilə bağlı açıqlamasında süni intellekt kimi prioritetlərə yenidən diqqət yetirəcəyini də vurğulamışdı.