"Tesla" Nevada kompleksində "Tesla Semi" və akkumulyator zavodunun tikintisinə 3,6 milyard dollar sərmayə qoyacaq. Şirkət həmçinin daha 3000 nəfəri işlə təmin edəcək.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Semi" fabriki nəhayət "Tesla"ya yük maşınlarını kütləvi istehsal etməyə imkan verəcək. 4680 akkumulyator fabriki 2030-cu ilə qədər 20 milyon elektrik avtomobil satmaq üçün akkumulyator xərclərini yarıya endirmək və istehsalı artırmaq məqsədlərinə çatmağa kömək edəcək.
"Semi" hər mil üçün 2 kVt-dan az enerji sərf edir və bir dəfə doldurulmaqla 300 ilə 500 mil arasında məsafə qət edə bilir.