DəmirBank-ın istehlak kreditləri üzrə “Kreditini hədiyyə qazan” şüarı ilə keçirdiyi lotereyada daha 6 müştəri qalib olub. Qaliblərə telefonla nəticələr barədə məlumat verilib.
Kampaniya ərzində hər ay 5 müştəri olmaqla ümumilikdə 30 müştəri növbəti ayın kredit ödənişini, sonda isə əsas qalib – Şəmkir filialının müştərisi K.İ.Cəfərov kredit üzrə tam qalıq borcunu qazanıb.
“DəmirBank-dan 2 ay əvvəl Təqaüdçü krediti götürmüşdüm. Mənə Bankdan zəng vurub deyəndə ki, kreditin tam məbləğini lotereyada udmuşam çox sevindim. Gələn həftə daha bir kredit götürmək üçün DəmirBank-a gələcəm. Mən hamıya DəmirBank-a müraciət etməyi tövsiyə edirəm. Sonda Bankın rəhbərliyinə və bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm”, - deyə, qalib gələn Şəmkir filialının müştərisi K.Cəfərov bildirib.
Şərtlərə əsasən DəmirBank-dan aşağıda qeyd edilən istehlak kreditləri üzrə maksimum 5000 AZN (və ya 6300 USD) kredit götürən və ödənişlərdə gecikməsi olmayan müştərilər uduş kampaniyasında iştirak edib.
Kampaniyada “Nağd pul krediti”, “Dövlət işçilərinə kredit”, “Dövlət qulluqçularına kredit”, “Təqaüdçü krediti”, “Səhiyyə işçilərinə kredit”, “Təhsil işçilərinə kredit”, “Təhsil krediti”, “Məişət texnikası / kompüter krediti”, “Mebel krediti”, “Qızılla kredit”, “Təmir krediti” və ya “Turizm krediti” götürən müştərilər iştirak edib.
Daha ətraflı məlumat üçün www.demirbank.az saytına və www.facebook.com/demirbank.az səhifəsinə daxil olmaq, eləcə də Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək olar.