Samsung Electronics, çip sənayesinin zəif qlobal iqtisadiyyata görə son 10 ildə ən pis vəziyyəti yaşadığını, lakin bu il çip investisiyalarını azaltmağı planlaşdırmadığını bildirdi.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Samsung-un çip istehsalından qazancı 2009-cu ilin birinci rübündən bəri ən aşağı səviyyəyə düşsə də, analitiklər çip bölməsinin 2023-cü ilin birinci rübündə zərər görəcəyini gözləyirlər.


Oktyabr-dekabr dövründə “Samsung”un əməliyyat mənfəəti 4,3 trilyon vona düşüb ki, bu da son 8 ilin ən aşağı səviyyəsidir. Dövriyyə 7 faiz azalaraq 70,5 trilyon von olub.


2022-ci ildə yaddaş çiplərinin qiymətlərinin ikirəqəmli düşməsi ilə əlaqədar olaraq, çip bölməsinin mənfəəti keçən ilin eyni dövründəki 8,83 trilyon vondan 270 milyard vona düşüb.