Məşhur analitik Ming-Chi Kuo, Apple-ın Twitter-dəki paylaşımı ilə 2024-cü ildə qatlanan iPad təqdim edəcəyini iddia etdi.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, yeni modelin bazara təqdim olunması 2024-cü ildə gözlənilir.
"Mən 2024-cü ildə qatlana bilən iPad haqqında müsbət fikirdəyəm və ümid edirəm ki, bu yeni model tədarükləri artıracaq və məhsul qarışığını yaxşılaşdıracaq" - deyə Kuo tweet atıb.
Kuo həmçinin bildirib ki, bu yeni iPad onu daha yüngül və daha davamlı edəcək karbon lifli dayaqla təchiz ediləcək. Kuonun sözlərinə görə, yaxın 9-12 ay ərzində iPad-in yeni buraxılışları çıxmayacaq. Görəcəyimiz ilk yeni Apple planşeti, çox güman ki, 2024-cü ilin birinci rübündə kütləvi istehsalına başlanacağı gözlənilən iPad mini olacaq.
Qeyd edək ki, Kuonun açıqlaması baş tutsa, Apple ilk dəfə olaraq qatlanan məhsulu bazara təqdim etmiş olacaq.