“Bank seçərkən son qərarı sahibkar versədə 90% hallarda mühasibin fikri çox önəmli olur. Ölkədə tam onlayn mühasibatlığa keçmək üçün 2 əsas problem var:
1. Ölkənin bütün banklarının “Açıq bankçılıq” konsepsiyası ilə inteqrasiyasının mümkün olmaması;
2. Dövlət Vergi Xidməti və digər vergi qurumları ilə müştəri məlumatlarının birbaşa mühasibatlıq proqramlarına ötürürülməməsi.
Bu problemlər həll olunarsa biz hansı üstünlükləri əldə edə bilərik? Uçot daha dəqiq aparılacaq, banklar kredit verərkən rahat skorinq keçirə biləcəklər, mühasib və sahibkarların işi daha rahat olacaq, mühasiblərin işinə daha rahat nəzarət olacaq, vergi yoxlanmalarına sərf olunan vaxt azalacaq.
Hansısa bir əməliyyatı apararkən məlumatlar avtomatik olaraq yüklənir. Belə olduqda auditin vaxtı qısalır."
Bu sözləri III Maliyyə və İnvestisiya Forumu zamanı "Accounting.az" saytının direktoru Ramin Ramazanov qeyd edib.
Ramin Ramazanovun çıxışını tam olaraq dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: