“Onlayn mühasibatlıq platforması ilk dəfə 2006-cı ildə Yeni Zelandiyanın “Zero” şirkəti tərəfindən tətbiq olunub. Platforma 12 il ərzində kifayət qədər böyük yol qət etmişdir. Amerikada mühasiblərin 64%-i ondan istifadə edir və ya ona üstünlük verirlər. Türkiyənin də onlayn mühasibatlıq platforması “Paraşüt” vardır ki, onun istifadəçi sayı 450.000 nəfərdən çoxdur. Qeyd edilən platforma Türkiyənin 12 ən böyük bankı, həmçinin dövlət qurumları ilə inteqrasiya olunub. Bu platforma hətta elektron kommersiya ilə inteqrasiya olunub ki, bu mühasiblərin və sahibkarların işini qat-qat asanlaşdırır.


Son 2 il ərzində biz ölkəmizdə 3 bankla inteqrasiyanı tam olaraq bitirmişik. Bəs bu bizə nə üstünlük verir?


Ənənəvi mühasibatlıqda mühasib bank çıxarışını götürür və əməliyyatları bir –bir mühasibatlıq proqramlarına işləməyə başlayır. Onlayn mühasibatlıqda isə məlumatlar avtomatik olaraq bank tərəfindən bir kliklə platformaya əlavə olunur. Bundan sonra isə süni intellekt qoşularsa o mühasibin yerinə uyğun əməliyyatları icra edir və bu mühasibin işini qat-qat asanlaşdırır”


"Accounting.az" saytının direktoru Ramin Ramazanov bu sözləri III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.


Ramin Ramazanovun tam çıxışını linkə daxil olaraq izləyə bilərsiniz: